Koronavirus rəqəmsal aktivliyə təsir edirmi Koronavirus rəqəmsal aktivliyə təsir edirmi

Koronavirus rəqəmsal aktivliyə təsir edirmi

Dünya tarixində bəlkə də ilk dəfədir ki, bütün dünya eyni vəziyyətdədir. Covid- ...

Murad Zamanov

Dünya tarixində bəlkə də ilk dəfədir ki, bütün dünya eyni vəziyyətdədir. Covid-19 virusunun yayılma təhlükəsindən 3 və ya 5 nəfərin yığışmasından yaranan məhdudiyyətləri nəzərə alıb böyük qruplaşmadan ümumiyyətlə qaçılır və bu dünyanın #evdəqal aksiyası ətrafında birləşməsinə gətirib çıxarır.


Biz işdə gündəlik rutinlərin asanlaşdıran və məhsuldarlığı artıran rəqəmsal tətbiqlər üzərində düşündük. Açığı bir neçə ay bundan öncə biz bu həlləri “Məhsuldarlığın artırılması və izlənməsi” başlığı altında paylaşa biləcəyimiz halda, indiki vəziyyət onu koronavirus mövzusu ətrafına saldı. Bu bir daha sübut edir ki, rəqəmsal həllərin üstünlüyü artıq eyhiyac halına çevirilib.

Zoom.

Həyatınıza yəqin ki, dəfələrlə “gəl skayplaşaq” cümləsini eşitmisiniz. Nə qədər vaxt siz bundan istifadə etmisiniz? Əminəm ki çox. Niyə bu sualı verirəm sizcə? Çünki Skype zəngi zamanı eyni qədər dəfə sizdən “Okey, keç Zooma” təklifi gəlib.


Skype-dan sonra bəlkdə ən çox istifadə olunan alətlərdən biridir Zoom. Əsas ona görə ki, bir neçə innovativ həllər təklif edir:

● iclasların, vebinarların danışıqlarının yazılması
● Zəng zamanı öz ekranının digərləri ilə paylaşılması
● Mükəmməl İT dəstək, çat, zəng, ən çox verilən suallar, video, audio dərs vəsaitləri
● Bir zəngdə 100-ə qədər iştirakçını pulsuz daxil etmək imkanı

Məncə təkcə bu keyfiyyətlər kifayət edər ki, Zooma keçəsiniz. Skypedan fərqli olaraq Zoom xüsusilə bizneslərə hədəflənib, çünki çox zaman fərdlər audio, video zənglər üçün Facebook, WhatsApp və ya başqa messencerlərdən istifadə edirlər.
Xüsusilə koronavirus zamanı bir çox Universitetlər, məktəblər, şirkətlər, hətta dövlət müəssisələri də Zooma keçirlər. Hətta bizim dostarımızdan biri Nextsale öz startuplarını NCA üçün Zoomdan istifadə etdilər.

Slack.

Hər bir proyektin öz tarixcəsi və tapşırıqları var. Slack, komandaların arasında ünsiyyət qurması, paylaşımların edilməsi və onlar üçün vacib mövzular ətrafında müzakirə üçün kütləvi şəkildə istifadə olunur. Rəqiblər ilə mübarizədə Slacki möcüzəvi hala gətirəm başqa bir üstünlük onun integrasiyalarıdır. Gmail? Google Sheets? Asana? Trello? Salesforce? Bəli!

Zoom Bəli və daha çox bəli! Slack ağlınıza gələn və hətta bəzən gəlməyən hər bir şeylə integrasiya olunur. Slack-də müxtəlif qruplardan ibarət olan kanallar var. Bu fərqli layihələr üzərində işləyən qrupların və bir şirkətdə müxtəlif funksiyaları icra edən insanları özlərinə uyğun qruplarda birləşməsinə kömək edir.

Slack əlbəttə ki, yalnız koronavirus zamanı istifadə ediləcək bir alət deyil. Biz Botbox komandası onu gündəlik işlərdə daim istifadə edirik.

Trello.

Deyək ki, Zoom ilə video iclas etdik, Slack-da vacib məsələləri müzakirə etdik, indi isə vaxt gəlir işləri cavabdeh insanlar arasında bölməyə. Düzünü desəm tam işə yarayan bir vasitə tapacaq qədər cəsarətim olmadı. Həqiqətən də Monday, Meistertask və Trello arasında seçim etmək çox çətin oldu. Təcrübə onu göstərdi ki, hər bir individualın öz istifadə tətbiqi var. Amma buna baxmayaraq indi Trellonun üzərindən keçək.

İstifadəçi ilə ünsiyyətdə Trello həll yolu kimi tapşırıq bloklarının yaradılmasını təklif edir. Çox zaman istifadəçilər yalnız Ediləcək, Edilir və Edilmiş işlər kimi statuslardan istifadə edir ki, bu artıq sizin biznes aspektlərindən və şəxsi seçimlərinizdən asılıdır.
Daha bir maraqlı özəllik hər bir tapşırığın içinə əlavə olaraq edilməli olan işlərinin siyahısının əlavə edilməsidir. Məsələn sizin ümumi tapşırığınız poster hazırlanmasıdırsa, onun içində posterin hazırlanmasına göstərilən bütün işlərin siyahısını əlavə etmək olar və bu da istənilən zaman həmin tapşırığa daxil olub, onun hansı mərhələdə olduğunu görmək imkanı verir.

Mesitertask.

Bu məqaləni yazarkən xüsusilə Product Manager və Dizaynerimiz ilə sözün yaxşı mənasında qarşıdurma etdik, çünki onlar aktiv Mesitertask istifadəçisidirlər.
Göründüyü kimi Uİ hər ikisində demək olar ki, eynidir. O zaman Meistertaskın özəlliyi nədən ibarətdir? İnternet üzərində bütün bloglarda demək olar ki, Trello ve Meistertask qarşıdurması eyni nəticələrlə bitir və günün sonunda sən yalnız özünə uyğun birini seçirsən.

Hər ikisinsə integrasiyalar var, amma daha dəqiq araşdırma aparılsa görünər ki, Meistertask burada daha çox integrasiyalar təklif edir. Amma digər tərəfdən onlar seçim etmək üçün elə də böyük rol oynamır. Əgər biz yoxlasaq ki, hansı dilləri dəstəkləyir, demək olar burda da eyni rəqəmlərdir.
Maraqlısı odur ki, hər ikisi tam fərqli bazara yönəliblər, məsələn Meistertask Yapon və Çin dillərini dəstəkləməsinə baxmayaraq Trello bunu etmir. Trello yalnız e-mail və telefon vasitəsilə müştəri xidmətləri göstərsə də Meistertaskın canlı çatının olması kimi üstünlüyü də var.

Siyahı həqiqətən də çox böyükdür və bizim əsas məqsədimiz evdən işlədiyimiz zaman onlardan maksimum
yararlanmağımızdır əlbəttə ki. Evdə qalın, sağlamlığınızı qoruyun və daim məhsuldar olun!

Talk to our WhatsApp Coronabot to stay updated about COVID-19 coverage map, mortality age. Also, learn how to avoid the virus and what are the early symptoms. Stay safe! Stay informed!